Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
2003-cü il təvəllüdlü M.Məmmədov Tovuz rayonunun Qəribli kəndindəndir.
O, ötən il hərbi xidmətə yollanıb.
Evin tək oğlu olan Mehralının bir bacısı var. Ailəsi hazırda rayonun Qəribli kəndində yaşayır.
Əsgərin Laçın rayonu ərazisində vəfat etdiyi bildirilir.
O, sabah doğulduğu rayonda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!