Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
AZXEBER.COM-un KTM-ə istinadla xəbərinə görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub. Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib. Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər. PAYLAŞ