Paytaxtın Nərimanov rayonu ərazisində qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs müəyyən olunub.
Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Nərimanov RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Rasim Səfərov polis orqanına dəvət olunaraq araşdırmalar aparılıb:
"Araşdırmalarla məlum olub ki, R.Səfərovun üçüncü qrup əlilliyi var, nevroloji xəstəliklərin daşıyıcısıdır. İctimai yerdə olan hərkətlərlə bağlı onun ailə üzvləri məlumatlandırılmaqla izahat işləri aparılıb".