Şəmkir rayonunda kişini döyüb, zorlayıblar.
Baş verən hadisə ilə istirahət üçün rayona gələn şəxs qarşılaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:
"Araşdırmalar zamanı məlum olub ki, Gədəbəy rayon sakini Orxan Şahbudalov sevgilisi Həcər Məmmədova ilə tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə ilə qabaqcadan əlbir olaraq Şəmkir rayonuna istirahət üçün gəlmiş Ə.Qədirovun mobil telefonunu əlindən almaq istəyiblər.
Həmin şəxsə qarşı silah qismində dəmir parçasından istifadə edərək, onun sağlamlığı üçün təhlükəli zorakılıq tədbiq ediblər. Araşdırmalar zamanı şübhəli şəxslərin zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirmələri və cinsi zorakılıq göstərmələri də sübuta yetirilib. Həmin şəxslərdən Orxan Şahbudalov həbs olunub, Həcər Məmmədova barəsində isə ev dustaqlığı həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir”.