Bərdədə 17 yaşlı qız qaçırılıb.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonunun Darğalar kəndində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.