Gəncədə ana doğuşdan sonra ölüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini, 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə aparılıb. O, qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.
Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, bu gün dünyasını dəyişib.
Körpənin vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, bu, qadının ikinci doğuşu olub. Ölümün baş vermə səbəbləri araşdırılır.