Astarada doğuşa hazırlaşan 25 yaşlı qadın ölüb.
APA xəbər verir ki, rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib.
Qadının meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhum 9 aylıq hamilə olub və bu onun ilk hamiləliyi imiş.
Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi araşdırılır.