İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib. Oxu.az xəbər verir ki, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb. Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib. R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.