Siyəzəndə ailə faciəsi yaşanıb, 5 nəfər balıqdan zəhərlənib. Onlardan 4 nəfər bir ailənin üzvü olub
APA xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.
Digər şəxslərə zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.