Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində ata və oğlu həlak olub

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində ata və oğlu həlak olub

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb.


APA xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri – 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar.

Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub.