Bakıda 40 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
"Qafqazinfo" xəbər verir ki, iyulun 15-də Binə qəsəbəsindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun bıçaqla çoxsaylı xəsarətlər yetirməklə V.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Arzuman Fazilov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.