Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qaynanasının ad gününü təbrik etməyibmiş… - İNTİHARIN ŞOK SƏBƏBİ

Qaynanasının ad gününü təbrik etməyibmiş… - İNTİHARIN ŞOK SƏBƏBİ

Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharının yeni təfərrüatı üzə çıxıb.

Oxu.az xəbər verir ki, qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş.

Ötən gün axşamüstü gəlinlə qayınana arasında yenidən mübahisə başlayıb. Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb.

Məlumata görə, Aytən Abbasova bundan öncə də intihara cəhd edib. Lakin qonşular buna mane olub.

Digər məlumata görə, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.

 

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.