Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məktəbli qızın döyülməsinə görə direktor da işdən çıxarıldı

Məktəbli qızın döyülməsinə görə direktor da işdən çıxarıldı

Lənkəranda məktəblinin döyülməsinə görə lisey direktoru işdən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə müvafiq sənəd imzalanıb.

 

Sənədə görə, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova vəzifəsindən azad edilib.

Onun məktəblinin döyülməsi faktına görə işdən çıxarıldığı bildirilir.

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı araşdırma aparılıb.

Müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 9:00 radələrində məktəbin şagirdi Günel Əliyevanı (şərti) sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə G.Əliyevanın mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərib.

Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, Günel Əliyevanın bədənində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün  Rasilə Arifqızı da işdən çıxarılmışdı.