Mingəçevirdə 19 yaşlı qız sevgilisini bıçaqlayıb.
"Qafqazinfo” xəbər verir ki, hadisə dünən qəbiristanlıq ərazisində baş verib. 2003-cü il təvəllüdlü T.E. sevgilisi N.Şəvəndiyevin qarın boşluğuna bıçaqla xəsarət yetirib.
İlkin məlumata görə, onlar sosial şəbəkədə tanış olublar. Münasibətlərində problem yaranıb və qız məsələni aydınlaşdırmaq üçün N.Şəvəndiyevi qəbiristanlığa çağırıb. Mübahisə zamanı T.E. üzərindəki bıçaqla oğlanı yaralayıb.
Faktla bağlı araşdırma aparılır.