Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib.
DİN-in mətbuat xidməti xəbər verir ki, Biləcəri qəsəbə sakini A.Dadaşovun videogörüntüsünü sosial şəbəkədə yayacağını bildirərək ondan 10 min manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.
Bakı Şəhər BPİ-inin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, saxlanlaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.