Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ərinin 35 min pulunu gizli xərcləyən qadının yalanı üzə çıxdı - AZƏRBAYCANDA

Ərinin 35 min pulunu gizli xərcləyən qadının yalanı üzə çıxdı - AZƏRBAYCANDA

Avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Məlumatda maskalı şəxsin 35 000 manat pul və ümumi dəyəri 4000 manat olan qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi və evi yandırmağa cəhd etməsi qeyd olunub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:

“Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsinin baş vermədiyi, vətəndaş S. Süleymanovanın uzun müddət ərzində həyat yoldaşına məxsus pulu xərclədiyi üçün yalan məlumat verdiyi məlum olub. Araşdırmalar zamanı xanımın özünə xəsarət yetirdiyi kəsici alət, yanıcı maddə, 2 743 manat, 900 ABŞ dolları və 7500 rus rublu maddi sübut kimi aşkar edilərək götürülüb”.