Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

DTX əməliyyat keçirdi, Əbülfəz Məlikov saxlanıldı - SON DƏQİQƏ

DTX əməliyyat keçirdi, Əbülfəz Məlikov saxlanıldı - SON DƏQİQƏ

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

APA xəbər verir ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

 

O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən ay DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.