Azərbaycanın Qarabağ bölgəsində meşədə yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, Xocalının kəndlərinin birində erməni separatçılar meşəyə od vurublar. Onlar həmin ərazidən çıxmazdan öncə qisas məqsədilə belə bir vandallığa əl atıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Qarabağda yaşayan ermənilər oradan çıxmaq üçün avqustun sonuna qədər vaxt istəyiblər.