Azərbaycan əsilli məşhur fransız fotoqraf Rza Deqati Xəzər telekanalında qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, birinci və ikinci Qarabağ müharibəsindən fotolar lentə alan R.Deqati orada gördüyü hadisələrdən söz açıb.
O, birinci Qarabağ müharibəsində ermənilərin etdiyi vəhşiliklərin şahidi olduğunu bildirib:
"1992-ci ildə Ağdama çatdım, Xocalı faciəsindən 3 gün keçmişdi. Analar, atalar uşaqlarını axtarırdılar. Müharibələr çox çəkmişəm, acı günlər görmüşəm.
Burada isə başqa acı var idi. Məzlum insanlar, heç nələri yox idi. Heç əsgər yox idi ki, onları qorusun. Müharibədə, ola bilsin, təsadüfən dinc əhali öldürülsün.
Amma orada insanların diri-diri gözünü qaşıqla çıxarırdılar. Nifrətin bu həddə olmasını görməmişdim. Onun fotolarını da çəkmişəm. Onları lazım gəlsə, dünya məhkəməsinə də vermək olar".