Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

14 yaşlı məktəbli qızı zorlayan 4 nəfər barəsində MƏHKƏMƏ QƏRAR VERDİ

14 yaşlı məktəbli qızı zorlayan 4 nəfər barəsində MƏHKƏMƏ QƏRAR VERDİ

Bərdədə məktəbli qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Faktla bağlı cinayət işi başlanılıb. Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər.