Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiya Xarici İşlər Nazirliyində vəzifəyə təyin olunub.
APA xəbər verir ki, Nərmin Şirəliyeva Rusiya XİN-in strukturlarından biri olan "Rossotrudniçestvo"nun rəhbərinin müşaviri vəzifəsinə təyin edilib.
N.Şirəliyeva indiyə kimi Moskva vilayətininin mədəniyyət naziri, qubernatorun mədəniyyət məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.