
ARB telekanalının aparıcısı Elgiz Əkbərin bir həftədən çoxdur efirə çıxmaması müzakirələrə səbəb olub.
SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, Elgiz koronavirusa yoluxub. Xəstəliyi ağır keçirtdiyi üzündən aparıcını 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriblər.
Hazırda E. Əkbərin müalicəsi davam edir.
"Elgizlə izlə" verilişini isə Afət Telmanqızı aparır.