Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Polisin 4-cü sinif şagirdini döyməsi iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI

Polisin 4-cü sinif şagirdini döyməsi iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI

Yevlax rayon prokurorluğunda polisin azyaşlını döyməsi barədə məlumat araşdırılır.

SHOWNEWS.AZ-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.

DİN Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan isə bildirilib ki, rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə şikayət edib.