Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

90 yaşlı qadına işgəncə verən oğul və gəlin POLİS BÖLMƏSİNƏ ÇAĞIRILDI

90 yaşlı qadına işgəncə verən oğul və gəlin POLİS BÖLMƏSİNƏ ÇAĞIRILDI

Daxili İşlər Nazirliyi 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi ilə bağlı yeni açıqlama verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı Oxu.Az-a danışıb. 

 

O bildirib ki, görüntülər 6-7 ay əvvəl çəkilib:

“Hazırda yaşlı qadın Naxçıvanda qızının yanında yaşayır”.

E.Hacıyev əlavə edib ki, qadının oğlu və gəlini polis bölməsinə dəvət olunub:

“Görüntülər ailədə münasibətlər pozulduğu üçün indi yayılıb. Hazırda aidiyyəti üzrə polis orqanlarında araşdırma davam edir”

13:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi oğlu və gəlinin işgəncə verdiyi 90 yaşlı qadınla bağlı hərəkətə keçib.

Bu barədə Oxu.Az-a qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O, aidiyyəti üzrə əməkdaşların yönləndirildiyini və araşdırmanın başladıldığını bildirib.