Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda ev alqı-satqısında onlarla vətəndaşı aldadan şəxs ƏLƏ KEÇDİ

Bakıda ev alqı-satqısında onlarla vətəndaşı aldadan şəxs ƏLƏ KEÇDİ

Bakıda “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları aldadan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadaraq “beh” alan 1989-cü il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.