Gəncədə bıçaqlanma hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, şəhər sakini 2002-ci il təvəllüdlü Pərvanə İsmayılova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
İlkin məlumata görə, qadın boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.