Azərbaycanda dəhşətli qətl törədilib.
Lent.az-a istinadən xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən yeniyetmə qəsəbə sakini, 12 dekabr 2006-cı il təvəllüdlü H. Rəcəbovadır.
Hadisə qəsəbə məscidinin qarşısında baş verib.
Belə ki, gənc oğlan 16 yaşlı qıza hücum edərək bıçaqla onun boğaz nahiyəsinə ağır xəsarət yetirib.
H.Rəcəbova xəstəxanaya çatdırılsa da, vəfat edib.
H.Rəcəbovanı qətlə yetirən şəxsin 1996-cı il təvəllüdlü Həsənov Murad İlham oğlu olması müəyyən edilib. Abşeron RPİ Qobu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov 16 yaşı dekabrda tamam olacaq H.Rəcəbova ilə nişanlı olub. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.
Araşdırmalar davam etdirilir.