Bir neçə dəqiqə öncə 32 nömrəli avtobus idarəetməni itirərək Nizami rayonunda “Araz” marketə girib.
SHOWNEWS.AZ-a danışan hadisə şahidlərinin sözlərinə görə, hadisə anidən olub. Bir neçə nəfər xəsarət alıb.
Marketə ciddi ziyan dəyib. Sürücü isə bildirib ki, avtobusu dayandırmaq istəsə də, əyləc işləməyib.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb olunub.