Göyçayda kafedə kütləvi dava olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Gecə saatlarında “102” xidmətinə bir nəfərin bıçaqlanması, digərinin isə başından daşla vurulması barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, kafeyə müştəri qismində gələn Göyçay sakinləri Elşad Mirzəliyev, Toğrul Bayramov və Zamiq Həsənov həmyerliləri Pərvin Hüseynovu döyərək ona bıçaqla xəsarətlər yetiriblər.
Sözügedən üç nəfər davanı aralamaq istəyən Aqil Yusifov və Seymur Rəhimovu da döyüblər. Onların hər ikisinin başına daşla xəsarətlər yetiriblər.
Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin.Davanın səbəbi isə “sən niyə bizə çəp baxdın” sözü olub.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib. Pərvin Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb:
“Zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir”.