Bakıda hoteldə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Abdullayevə hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu ilin iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən "Citadel” hoteldə baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.
Daha sonra T.Abdullayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.
///Report