Tanınmış stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda qətli törətməkdə təqsirli bilinən Pərviz Həsənova hökm oxunub. O, 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martında Bakıda baş verib. Mərhumun 1999-cu il təvəllüdlü tanışı Pərviz Həsənov onu çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb.
Orxan Seyidov moda sahəsində fəaliyyət göstərib. Onun bir sıra tanınmış şəxslərin geyim üzrə stilisti olduğu bildirilir.