Bu dəqiqələrdə Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə əməliyyat-axtarış tədbirləri aparılır.
Bu barədə "Caliber" məlumat yayıb.
Haqqin.az-ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, Fərhad Əhmədovla bağlı Dövlət Təhlükəsizlik Xidmətində suallar yaranıb.
Saytda bildirilir ki, milyarderin saxlanılması barədə məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, F.Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın "Forbes" siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Fərhad Əhmədov 2004-2010-cu illərdə Rusiya Federasiyası Şurasının üzvü olub. 2022-ci ilin aprelində Aİ və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib.