Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı Oksford Məktəbinin üzərinə HƏBS QOYULDU

Bakı Oksford Məktəbinin üzərinə HƏBS QOYULDU

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunub. İş adamının vəkili Zibeydə Sadıqova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu günki prosesdə hakim R.Məmmədov və yaxınlarına məxsus üzərinə həbs qoyulmuş əmlakların siyahısını açıqlayıb.

Həmin əmlakların bir hissəsi bunlar olub:

- Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi (24 milyon manat) 
- Sumqayıt şəhəri, "Kimyaçılar" qəsəbəsində yerləşən "No FE ROS" 
şirkəti və torpaq sahəsi (36 milyon manata yaxın)
- Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi (2 milyon manat)
- Mərdəkan qəsəbəsində yerləşən bağ evləri (554 min manat)

R.Məmmədov üzərinə həbs qoyulmuş evlərdən birini (Nəsimi rayonunda, "Təzə bazar"ın yaxınlığında yerləşən) Xalq artisti Aygün Kazımovadan aldığını deyib. Prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxsin yaxınlarına daha bir neçə əmlakın üzərinə də həbs qoyulub. Əmlakların ümumi dəyəri 70 milyon manata yaxın qiymətləndirilib.

Vəkil Z.Sadıqova qeyd edib ki, proses zamanı əmlakların üzərinə həbs qoyulması əsassızdır: "Həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dair heç bir sübut olmayıb. Üstəlik R.Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub. Əmlakların əldə olunması iş materiallarında sonradan rəsmiləşdirilib. Bununla bağlı şikayət versək də, təəssüf ki, təmin olunmayıb”.

Qeyd edək ki, Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən nüfuzlu şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunur.