Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

9 min uşağın atası olan həkim - ƏMƏLİNİN ŞOK TƏFƏRRÜATINI DANIŞDI

9 min uşağın atası olan həkim - ƏMƏLİNİN ŞOK TƏFƏRRÜATINI DANIŞDI

ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərindən olan həkimon illərlə pasiyentlərini mayalandırıb və nəticədə 9 minə yaxın uşağın atası olub. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 104 yaşlı Filipp Peven 40 il ailə həkimi işləyib. Hamilə qalmaq istəyən müştərilər üçün müntəzəm olaraq sperma donoru kimi fəaliyyət göstərdiyi ortaya çıxıb.

Keçən il bioloji qızlarından biri, Miçiqan ştatının Travers-Siti şəhərindən olan 61 yaşlı Ceymi Holl qan atasını tapmaq qərarına gəlib və DNT testindən keçib. Nəticədə, bioloji valideyninin Peven olduğunu öyrənib.Biotexnika şirkətinin veb saytı sayəsində qan qardaşlarını və bacılarını da tapıb.

 

“Hamımız eyni xəstəxanada anadan olmuşuq və Peven doğum sənədlərimizdə ata deyil, mama-ginekoloq kimi qeyd olunur”, - Ceymi Holl yazıb.

Saytda tapdığı bütün potensial qohumları ilə əlaqə qurmağa başlayıb. 2020-ci ilin yanvarında Holl, ögey bacısı ilə əməkdaşlıq edib və Pevenlə görüşməyə qərar verib. Təqaüdçü həkim müştərilərini mayalandırmaq üçün öz materiallarından istifadə etdiyini izah edbi. Onun sözlərinə görə, bəzən həmkarlarından donor kimi istifadə edib. 

Peven özünü süni mayalanmada pioner adlandırıb. Dediyinə görə, Çikaqoda bir tədqiqatdan sonra 1947-ci ildən bəri sperma donoru olub. .

O illərdə keçmiş həkim bir gün insanlar arasındakı əlaqənin DNT testindən istifadə edərək asanlıqla təyin olunacağını xəyal edə bilmədiyini deyib. 

“Bunun mümkün olacağını heç düşünməmişdim, əsl nağıldır, elədir?”, - Holl vurğulayıb.