Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb.
APA xəbər verir ki, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı xəstəxananın baş həkimi Eşqin Əliyev tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.