Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
"Report”un məlumatına görə, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1978-ci il təvəllüdlü L.Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.