Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıdan Avropaya 24 kq narkotik göndərmək istəyirdi, TUTULDU

Bakıdan Avropaya 24 kq narkotik göndərmək istəyirdi, TUTULDU

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Yardımlı rayon sakini Vüsal Vəliyev saxlanılıb.

 

Nazirliyin Mətbuat xidməti xəbər verir ki, V.Vəliyevin əyləşdiyi avtomobidən ümumilikdə 24 kiloqram, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6  kiloqram marixuana aşkar olunub. İlkin sorğu zamanı o, narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Nehmət” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı Yardımlı rayonunun Mirimli kəndinin mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edib. Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə Avropa ölkələrinə göndərmək olub.

Faktla bağlı cinayət işi başlanılıb, Vüsal Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.