Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Əsgərimiz hərbi hissədə vəfat etdi - SON DƏQİQƏ

Əsgərimiz hərbi hissədə vəfat etdi - SON DƏQİQƏ

Azərbaycan ordusunun əsgəri vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hərbçi Mətin Xankişiyevin N saylı hərbi hissədə səhhəti pisləşib. Tibb personalının səylərinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda M.Xankişiyevin nəşi dəfn olunması üçün doğulduğu Şirvan şəhərinə gətirilir.

Müdafiə Naziriliyi əsgərin vəfat xəbərini təsdiqləyib. 

Bildirilib ki, həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Xankişiyev Mətin İsrəfil oğlu “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!