Masazırda yolun kənarında körpə meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Belə ki, ilkin məlumata görə, sellofan torbaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub.
Hadisə şahidləri bildirib ki, yenidoğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.