Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

7 il sonra “ANSpress” yenidən fəaliyyətə başladı

7 il sonra “ANSpress” yenidən fəaliyyətə başladı

Yeddi il əvvəl bağlanan ANS PRESSsaytı yenidən açılıb. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunur.

Portalın Baş redaktoru Seyfulla Mustafayev bildirib ki, bir ildən artıqdır portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərib: "Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s”.

Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan sonra fəaliyyətini dayandırmışdı.