“Mugham” parfüm Fransanın Paris şəhərində çəkilən tanıtım çarxını təqdim edib.
Bu barədə brendin instaqram hesabında bildirilib.
“Bu ay mağazamızın açılışının 3 ili tamam olur. Əvvəldən bizimlə olan hər kəsə təşəkkür edirik. Biz məhz sizin diqqət və sevginizlə qlobal səviyyədə böyüdük”, - paylaşımda deyilir.
“Mugham” brendi onunla birlikdə addımlayan hər kəsə din.
“Mugham” bu illər ərzində müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib, BƏƏ, Fransa, İtaliya və digər ölkələrdə təmsil olunub.
Qeyd edək ki, “Karabakh 1752” ətri Şuşa şəhərinin əsasının qoyulduğu ili əks etdirir. Qablaşması Gövhər Ağa məscidinin minarə naxışlarından ilhamlanaraq tərtib edilən parfüm Qarabağ regionuna xas güllərdən hazırlanıb.
Xatırladaq ki, “Mugham” ətirləri nadir və dayanıqlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü – “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati-Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri də var.
“Mugham”ın Bakı ilə yanaşı İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşıda da satılır.