Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türk seriallarına Ramazan ayı ərzində yemək-içmək səhnələri qadağan edildi

Türk seriallarına Ramazan ayı ərzində yemək-içmək səhnələri qadağan edildi

Türkiyənin Radio və Televiziya şurası seriallarla bağlı qalmaqallı qərara imza atıb.

OLAY yazır ki, bununla bağlı aktyor Emre Kınay öz instaqram hesabında məlumat verib.

Onun iddiasına görə, qurum Ramazan ayı boyunca bütün seriallara yemək səhnələrini qadağan edib.

Kınay paylaşımına, “RTÜK bütün serial prodüserlərinə xəbərdarlıq edib ki, 1 ay müddətində su içmək də daxil olmaqla, yemək-içmək səhnələri yayımlanmasın. Məsələn, ölmək üzrə olan bir adama müdaxilə belə etsəniz, əsla su verə bilməzsiniz. Əməl etməsəniz, cərimə olunacaqsınız... 

Yəni, bu məsələ ilə bağlı heç kim səsini çıxarmayacaq!?”, - deyə, aktyor üsyanını dilə gətirib.