Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Gələn ay seks üzrə çempionat keçiriləcək

Gələn ay seks üzrə çempionat keçiriləcək

Gələn ayın əvvəlində seks üzrə Avropa çempionatı keçiriləcək. 

OLAY yazır ki, bu yarışı 3000-dən çox üzvü olan İsveç Seks Federasiyası təşkil edir.

Qarşıdan gələn çempionatın iştirakçılarının bütün xərclərini təşkilat öz üzərinə götürür. Çempionat iyunun 8-də başlayacaq və ev sahibi İsveçin Göteborq şəhəri olacaq. Turnir tamaşaçılar qarşısında keçiriləcək.

İndiyədək müxtəlif ölkələrdən 20 iştirakçı ərizə təqdim edib. Onlar tam şifahi sevgi proqramı, mövqe dəyişməsi, orqazm sayı, dözümlülük və s. daxil olmaqla 16 fərqli istiqamət üzrə yarışacaqlar. Matçların hər biri 45 dəqiqədir. Qaliblər üç münsif və tamaşaçı reytinqi tərəfindən müəyyən ediləcək. Yekun qiymətləndirmədə səslərin  70 faizi tamaşaçılara, 30 faizi isə münsiflərə məxsus olacaq.

“İnsanlar cinsi əlaqədə olduqda, bədənləri ağır bir məşqlə müqayisə edilə bilən bir sıra fiziki dəyişikliklərdən keçir. Seks vasitəsilə insanlar zehni və fiziki rifaha nail ola bilərlər. İstədiyiniz nəticəni əldə etmək üçün hər hansı digər idman növlərində olduğu kimi məşq etməlisiniz. Beləliklə, növbəti məntiqi addım yarışlar etmək idi. Digər idman növlərində uduzmaq kədər və bədbəxtlik gətirir. Seksdə belə deyil. Bizim idmanda nə qədər çox həzz alırsansa, bir o qədər çox xal qazanırsan”, - deyə İsveç Seks Federasiyasının prezidenti Draqan Bratiç bildirib.