Xankəndidəki partlayışda yaralanan şəxslərə yardım məqsədilə Saatlı, Sabirabad və Ağdam xəstəxanaları hazır vəziyyətə gətirilib.
Bakıdan təcili olaraq onların müalicəsi üçün briqadalar göndərilib. Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın mərkəzi orqanlarının köməyindən imtina ediblər.
Buna baxmayaraq, Azərbaycan hökuməti dünən lazımi dərmanları göndərib və bu gün də bu iş davam etdiriləcək. (Caliber)