Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Statuslarınızı burada paylaşa biləcəksiniz - "WhatsApp"da YENİ FUNKSİYA

Statuslarınızı burada paylaşa biləcəksiniz - "WhatsApp"da YENİ FUNKSİYA

"WhatsApp"a yeni funksiya gəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, artıq "WhatsApp"da status yeniləmələrinizi birbaşa Facebook və Instagram Stories-də paylaşa biləcəksiniz.

"Facebook Stories”də status yeniləmələrini avtomatik paylaşma funksiyasını sınaqdan keçirən "WhatsApp” bu funksiyanı yeni beta versiyasında Instagram-a da gətirib.

Hələ sınaq mərhələsində olan bu xüsusiyyət ilə WhatsApp istifadəçilər üçün həm istifadə asanlığı, həm də vaxta qənaət etməyi planlaşdırır.

Eyni zamanda, bu funksiyanın WhatsApp və Instagram vasitəsilə məzmun paylaşımının etibarlılığını və ardıcıllığını artıracağı gözlənilir.

Bu inteqrasiyanın təmin etdiyi səmərəlilik istifadəçilərə hər iki platformada öz hədəf auditoriyaları ilə daha rahat əlaqə saxlamağa imkan verəcək.

Instagram-da status yeniləmələrini paylaşmaq imkanı isə gözlənilir və tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.