Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası– FIA Baş Assambleyasının illik yekun iclası keçirilib.
FIA Baş Assambleyasının yekun iclasının sonunda FIA ailəsi Bakıdakı tədbirləri tarixi yaddaşa köçürəcək xatirə şəkli çəkdirib.
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed ben Sulayemə üzərində Bakının rəmzləri sayılan İçərişəhər, Heydər Əliyev Mərkəzi və Alov Qüllələrinin təsviri fonunda FIA loqosu olan xalça hədiyyə edilib. Həmçinin yol hərəkəti təhlükəsizliyi ilə bağlı Bakıda məktəblilər arasında AAF tərəfindən təşkil olunan intellektual yarışın qalibləri mükafatlandırılıb.
Bakıda ilk dəfə keçirilən və idman sahəsində ən gözlənilən hadisələrindən biri olan Beynəlxalq Avtomobil Federasiyasının Mükafatlandırma mərasimi (FİA Prize-Giving Ceremony) öz möhtəşəmliyi ilə yaddaqalan oldu!