Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vatsapa mesajlaşlam iə əlaqəli inanılmaz yenilik gəlir

Vatsapa  mesajlaşlam iə əlaqəli inanılmaz yenilik gəlir

“WhatsApp”da istifadəçilər üçün möhtəşəm yeniliklər gəlir. Belə ki, artıq digər tətbiqlərdən gələn ismarışları burdan da oxumaq mümkün olacaq.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilir ki, beta versiyasının istifadəçiləri “WhatsApp”da mesencerin “Telegram” və digər xidmətlərlə əlaqələndirilməsi bölməsini aşkarlayıblar.

“2.24.6.2 nömrəsi altında “Third-party chats” (Üçüncü tərəf çatları) adlı menyu aşkar edilib”, - deyə xəbərdə bildirilir.

Məlumata görə, bölmədə iki düymə görünüb: “Söndürmək” və “Seçilmiş proqramlar”.

O da vurğulanır ki, “WhatsApp” üçüncü tərəfin çatlarını birləşdirməyəcək - gələn mesajlar ayrıca siyahıda göstəriləcək.

Yeniliyin nə vaxt hər kəs üçün əlçatan olacağı açıqlanmayıb.