İnternet həyatımızın vazgeçilməz bir hissəsinə çevrildiyi günlərdə dövlətlər və təşkilatlar şəxsi məlumatların qorunması üçün ciddi tədbirlər görürlər.
Bizim.Media bildirir ki, Bloomberg-in yayımladığı xəbərə görə, Londonda yaşayan 12 yaşlı bir qız, TikTok-u Avropa Birliyinin ciddi məlumatların qorunması qaydalarını pozduğu üçün məhkəməyə verib.
Məlumata görə, TikTok-a qarşı qaldırılan işin səbəbi şəxsi məlumatlardır.
Məhkəmə prosesi davam edərkən, uşağın kimliyini gizlətməyə qərar verilib.
Məhkəmə prosesləri zamanı İngiltərənin Uşaq Komissarı Anne Longfield uşağı təmsil edəcək. TikTok-da digər uşaqlar və istifadəçilər tərəfindən onlayn zorakılıq və ya sosial media fenomenlərindən mənfi reaksiyalarla qarşılaşma ehtimalı, məxfilik qərarının verilməsində ən vacib amillərdən biridir.
Maraqlısı odur ki TikTok-un şərtlərinə görə tətbiqetmədən istifadə etmək üçün yaşınız minimum 13 olmalıdır. Buna görə, texniki olaraq iddia qaldıran qızınTikTok istifadə etməsi qanunsuzdur, bu detalın məhkəmə prosesinə necə təsir edəcəyi olduqca maraqlıdır.
Bunu da nəzərə çatdırmaq lazımdır ki 2020-ci ilin sonu etibarı ilə TikTok-un 800 milyondan çox aktiv istifadəçisi var.
(techland)