Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vatsapda bunlar da olacaq

Vatsapda bunlar da olacaq

Vatsap növbəti funksiyalarını təqdim edəcək.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yaxın gələcəkdə istifadəçilər daxil olan zəng zamanı ona yığan şəxsin fotosunu tam ekranda görəcəklər. 

Zənglərlə bağlı başqa yeni funksiyalar da var. Məsələn, yuxarıdakı nişanlar zəng pəncərəsini minimuma endirməyə və ya əlaqə siyahısından mövcud səsli söhbətə iştirakçılar əlavə etməyə imkan verəcək.

Hələlik yenilikləri tətbiqin yalnız beta versiyasındadır. Yeniliyin yaxın günlərdə digər istifadəçilər üçün də əlçatan olacağı gözlənilir.