Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

2100-cü ilə kimi dünyanı HANSI DƏYİŞİKLİKLƏR GÖZLƏYİR?

2100-cü ilə kimi dünyanı HANSI DƏYİŞİKLİKLƏR GÖZLƏYİR?

Hər il dünyada bir sıra dəyişikliklər baş verir. Bu dəyişikliklər isə son deyil, əksinə davamlıdır. Bəs görəsən qarşıdakı illərdə dünyada nələr dəyişəcək?

SHOWNEWS.AZ xəbər verir ki, bu haqda RBK xəbər agentliyi məqalə dərc edib.

1) 2057-ci ildə dünya əhalisi 10 milyarda çatacaq. Hazırda 7,8 milyard nəfərdir.

 

2) 2100-cü ildə median yaş (əhalinin yarısı ondan gənc, yarısı da  yaşlı) 41,9 il olacaq. 2015-ci ildə bu göstərici 29,6 il olub. 

 

3) 2100-cü ildə ömür uzunluğu 81,7 il olacaq. Hazırda 72 ildir.

 

4) 2100-cü ildə insan orta hesabla həftədə 20 saat işləyəcək. Hazırda bu göstərici 35 saatdır. 

 

5) 2030-cu ilə 100-800 milyon iş yeri artıq avtomatlaşdırılacaq

 

6)  2100-cü ildə Nigeriyanın Lagos şəhəri əhalinin sayına görə ən böyük şəhər olacaq. Bu tarixə şəhər əhalisinin sayı 61-100 milyon arası dəyişəcək

 

7) 2030-cu ilə kimi robotlaşma sayəsində istehsalatın 57 ixtisası itəcək, bu müddətdə 180 yeni ixtisas peyda olacaq

 

 2030-cu ilə kimi onlayn ticarətin inkişafı səbəbindən ABŞ-da fəaliyyət göstərən ticarət mərkəzlərinin 50%-i bağlanacaq

 

9) 2068-ci ildə yer üzündə bu gün kəşf olunmuş bütün neft ehtiyatları bitəcək

 

10) 2040-cı illərin ortalarından başlayaraq insan tələfatı ilə nəticələnən aviaqəzalar olmayacaq. Buna süni intellekt sahəsində inkişaf sayəsində nail olunacaq.

 

Bu iqtisadçıların, sosioloqların və futuroloqların 21-ci əsrdə bəşəriyyəti gözləyən proqnozlarıdır.

 

Mənbə: Rusiyanın RKB saytı

 

(c) Samir Əliyev